Dekabrın 28-də Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisindəki kafelərdən birində şəhər sakini Elçin Babayevin üzərində zorakılıq əlamətləri (döş nahiyəsində odlu silahla yetirilməyə xarakterik) olan meyiti tapılıb. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, Ağdaş RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerilisi, əvvəllərdə məhkum olunan Pərviz İsmayılov tutulub. Ondan "Makarov" markalı tapança götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB