Türkiyə və Rusiya Suriyada atəşkəsə dair razılığa gəlib. SİA "Anadolu"ya istinadən xəbər verir ki, tərəflər Hələbdə elan edilən atəşkəs və yerli əhalinin təxliyəsindən sonra atəşkəsin bütün ölkəni əhatə etməsinə dair planı üzərində anlaşıblar.
Ankara və Moskva razılaşma çərçivəsində, atəşkəsin bu gecə qüvvəyə minməsi üçün səy göstərəcək. Ancaq terror təşkilatları bu razılaşmadan kənarda qalacaq. Atəşkəs uğurlu olarsa, Əsəd rejimi və müxalifət Türkiyə və Rusiyanın liderliyi ilə Astanada siyasi müzakirələrə başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB