Uşaq ehtiyatsızlıq nəticəsində ov tüfəngindən öz ayağına atəş açıb
Dekabrın 27-də Saatlı rayonunun Əliabad kəndində 14 yaşlı Sabir Dadaşov evdə atası Cabirə məxsus tüfənglə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən ayağından aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib. SİA-nın DİN-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Saatlı RPŞ əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan "İJ-17" markalı ov tüfəngi götürülüb.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB