Türkiyə Silahlı Qüvvələri "Firat Qalxanı" əməliyyatı çərçivəsində Suriyanın Əl Bab şəhərində İŞİD-in hədəflərinə ağır zərbə vurub. SİA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının 44 yaraqlısı məhv edilib, 117-si yaralanıb. İŞİD-in 154 hədəfi atəşə tutulub, nəticədə terrorçulara aid sığınacaq yerləri, müdafiə mövqeləri, silah-sursatlar, həmçinin, bomba yüklü bir avtomobil məhv edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB