Oğuzda ağır yol-nəqliyyat hadisəsi baş verib

Oğuzda ağır yol-nəqliyyat hadisəsi baş verib

Oğuzda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, rayonun Ərmənət kənd sakini, 1990-cı il təvəllüdlü Şahmar Adil oğlu Musayev idarə etdiyi "VAZ 21093" markalı 10 BU 046 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə maşını yolun kənarındakı ağaca çırpılıb.

Hadisə dünən saat 15.00 radələrində rayonun Top kəndinə gedən yolda baş verib. Qəza nəticəsində Ş. Musayev və onun sərnişi, həmkəndlisi, 1992-ci il təvəllüdlü Toğrul Sadəddin oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Oğuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirib. Xəstəxanadan APA-ya bildirilib ki, Ş. Musayevin vəziyyəti ağır olduğundan ilkin yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün o, Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. T. Əliyev isə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) göndərilib. Şəki MRX-dan bildirilib ki, o, ağır qapalı kəllə-beyin travması diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə