Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Elxan Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, E. Hüseynov 3 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, E. Hüseynov 7 avqust 2016-cı ildə qohumu E. Abdullayevi borc üstündə aralarında yaranan münaqişə zəminində bıçaqlayıb. Xəstəxanaya çatdırılan E. Abdullayevi xilas etmək mümkün olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB