Hələbdə kütləvi məzarlıqlar aşkarlanıb

Hələbdə kütləvi məzarlıqlar aşkarlanıb

Hələbdə onlarla kütləvi məzarlıqlar aşkarlanıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov deyib. O bildirib ki, həmin məzarlıqlar insanların dəhşətli işgəncələrə və zorakılığa məruz qaldığını göstərir: "Bir çoxlarının bədəninin hissələri yoxdur, əksəriyyət isə başından güllələnib. Terrorçuların necə ağır hərbi cinayətlər törətməsinə dair bütün faktlar diqqətlə sənədləşdirilir, onlar ictimaiyyətə təqdim olunacaq ki, "müxalifətin" avropalı havadarları bu vəhşiliklərin törədilməsində öz məsuliyyətlərini başa düşsünlər".

Müdafiə Nazirliyinin rəsmisi əlavə edib ki, şəhərdə döyüş sursatı olan yeddi böyük anbar, üç tank, iki raket sistemi və digər silahlar aşkarlanıb. Hələbi tərk etməmişən əvvəl üsyançılar küçələri, binaların girişini, avtomobilləri, hətta uşaq oyuncaqlarını minalayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə