Bomba həyəcanı:vağzallar boşaldıldı

Bomba həyəcanı:vağzallar boşaldıldı

Moskvadakı üç qatar stansiyasına bomba qoyulması ilə bağlı polisə anonim məlumat daxil olub. SİA TASS-a istinadən xəbər verir ki, polis paytaxtdakı Yaroslav, Leninqrad və Kazan qatar stansiyalarından insanları evakuasiya edib. Polisə vağzala bomba qoyulması barədə anonim məlumat bu gün günorta saatlarında daxil olub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, xilasedicilər, təcili tibbi yarım briqadaları gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə