Əfqanıstanın şimalında həyata keçirilən əməliyyat nəticəsində "Taliban" radikal hərəkatının 18 yaraqlısı məhv edilib. SİA-nın məlumatına görə, bu barədə "Khaama Press" ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Əməliyyat Kunduz şəhəri yaxınlığında aparılıb. Əfqanıstanın rəsmi dairələri məhv edilənlər arasında "Taliban"ın iki liderinin Qulam Safi və Mulla Firos Cihadın olduğunu açıqlayıb. Qazni əyalətindəki əməliyyat zamanı isə daha 5 yaraqlı öldürülüb, 9 nəfər isə yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB