Ankarada partlayış olub

Ankaranın Ulucanlar prospektində partlayış baş verib. SİA "cnnturk"ə istinadən xəbər verir ki, prospektəki zibil qutusunda baş verən partlayışda xəsarət alan olmayıb. Hadisə yerinə çox sayda polis gəlib və onlar hazırda araşdırma aparırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə