148 manat cərimə edilib DİN

Bakıda qanunsuz dollar satışı ilə məşğul olan şəxs cərimələnib.

SİA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Qnyaz Mamedov rayon ərazisində 200 ABŞ dollarını qanunsuz satdığı üçün barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 148 manat cərimə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə