Bakıda yanğın

Bakıda yanğın hadisəsi qeydə alınıb. SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, paytaxtın Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 540 kvadratmetr (hər mərtəbəsi 270 m2) olan mansard tipli ikimərtəbəli səkkizotaqlı evin mansardının yanar konstruksiyaları və içərisində olan əşyalar 60 kvadratmetr sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə