Bakıda qadın meyiti aşkar olundu

Bakıda qadın meyiti aşkar olundu

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nizami rayonunda 1941-ci il təvəllüdlü Allahverdiyeva Rima Amuxan qızının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. SİA-nın nazirliyin saytına istinadən xəbər verir ki, dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirmiş, zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər.

Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı vətəndaşın vəfat etdiyi müəyyən olunub.

Əməliyyat saat 10:40-da başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə