Dünən Şəmkir rayon sakini kimyəvi maddədən zəhərlənib. APA-nın Qərb bürosunun məlumatına görə, rayonun Barlıbağ yaşayış massivində yaşayan 1984-cü il təvəllüdlü Naibə Allahverdiyeva kimyəvi maddədən zəhərlənmə əlaməti ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, qadın özünəməxsus əkin sahəsində həşəratlara qarşı mübarizə apararkən fosfor tərkibli kimyəvi maddədən zəhərlənib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB