Abşeronda minik avtomobili yanıb

Abşeronda "QAZ" markalı minik avtomobilində yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Masazır kəndində vətəndaşa məxsus "QAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə