Azərbaycanlı tələbə İstanbulda qəzada öldü

Azərbaycanlı tələbə İstanbulda qəzada öldü

Türkiyənin İstanbul şəhərində baş verən yol-nəqliyyat hadisəsində Azərbaycan vətəndaşı ölüb. SİA-nın "haberler.com"a istinadən məlumatına görə, qəza nəticəsində həyatını itirən Fərman Məmmədli İstanbulda Aydın Universitetinin inşaat mühəndisliyi fakültəsinin tələbəsi olub.

Qeyd edək ki, F.Məmmədli İstanbulun Esenler rayonu ərazisində hərəkət edərkən avtomobili yol kənarındakı baryerlə çırpıb. Avtomobildən düşən F. Məmmədli yol kənarına qəza üçbucağı qoyarkən başqa bir avtomobil tərəfindən vurulub və o, hadisə yerində dünyasını dəyişib. Polis hadisə ilə bağlı araşırma aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə