Dünən Balakəndə fərdi evdə yanğın baş verib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, axşam saatlarında Balakən şəhəri, Daanov küçəsində yaşayış evində güclü yanğın qeydə alınıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Yanğınsöndürənlər evdə 2013-cü il təvəllüdlü Ramal Amil oğlu Alagözovun yanmış meyitini aşkar ediblər. Hazırda yanğın məhdudlaşdırılıb, onun tam söndürülməsi istiqamətində işlər davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB