Bakıda mənzildə qadın meyiti tapıldı

Bakıda mənzildə qadın meyiti tapıldı

Bakının Nəsimi rayonunda mənzildə qadın meyiti aşkarlanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında yerləşdirilən xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfər vətəndaşın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə daxil olub və 1948-ci il təvəllüdlü Abbaszadə Rahilə Bəhram qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə