Evdə yanmış cəsəd tapılıb

Xaçmaz rayonu, Çılğır kəndində vətəndaşa məxsus ümumi sahəsi 132 m2 olan birmərtəbəli 2 otaq, aynabənddən ibarət evin və ümumi sahəsi 22 m2 yardımçı tikilinin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi 1953-cü il təvəllüdlü Hüseynov Ağahüseyn Hidayət oğlunun meyiti aşkar olunaraq aidiyyatı qurumlara təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb. SİA-nın məlumatına görə bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verib.

Bütün xəbərlər Facebook səhifəmizdə