Ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

Ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

Nərimanov rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Bakı şəhər sakini Müşfiq Şıxəliyevin idarə etdiyi "Daevoo" markalı 20 saylı xətt avtobusu Nərimanov rayonu ərazisində yol kənarında dayanmış paytaxt sakinləri Mahmud Cəfərovu, Mələk Zülfüqarovanı və Habil Ağayevi vurub. Nəticədə M.Cəfərov hadisə yerində ölüb, digər iki nəfər isə xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə