Ankarada qətlə yetirilmiş səfir Andrey Karlovla bu gün Moskvada vida mərasimi keçirilir. SİA TASS-a istinadən xəbər verir ki, mərhumun cənazəsi Smolenskaya meydanındakı Xarici İşlər Nazirliyinin mərkəzi binasına gətirilib. Vida mərasimi başlamazdan əvvəl mərhumun yaxınları, ailə üzvləri burada onunla vidalaşacaq. Mərasimdə prezident Vladimir Putin də iştirak edəcək.
Qeyd edək ki, səfir Karlov dekabrın 19-da Ankarada forosərginin açılışında çıxışı zamanı qətlə yetirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB