"Ceyş əl-Fəth" səfirin qətlinə görə məsuliyyəti öz üzərinə götürüb

"Ceyş əl-Fəth" səfirin qətlinə görə məsuliyyəti öz üzərinə götürüb

"Ceyş əl-Fəth" ("Fəth ordusu") silahlı koalisiya Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlinə görə məsuliyyəti üzərinə götürüb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə qruplaşmanın açıqlamasında deyilir. Onlar bəyan ediblər ki, səfiri öldürən Mert Altıntaş qruplaşmanın üzvü olub.

Qeyd edək ki, "Ceyş əl-Fəth" koalisiyasının tərkibinə "Əl Nüsra Cəbhəsi", "Əhrar-uş-Şam", "Liva əl-Haqq", "Şam Legionu", "Cund əl-Aksa", "Ceyşül Sünnət" və "Əcnəd əl-Şam" terror qrupları daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə