Binəqədi rayonununda nəqliyyat hadisəsi baş verib, 1 nəfər ölüb

Binəqədi rayonununda nəqliyyat hadisəsi baş verib, 1 nəfər ölüb

Dekabrın 21-də saat 01 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsində Saatlı rayon sakini Famil Cahangirov idarə etdiyi "QAZ-24" markalı avtomobili yolun kənarında dayanan Lənkəran rayon sakini Anar Kərimova məxsus "KamAz" markalı avtomobilə vurub. Nəticədə F.Cahangirovun qızı Güllübəyim hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə