Bakıda “Mercedes” yandı

Bakıda yanğın hadisəsi qeydə alınıb. FHN-nin saytı xəbər verir ki, paytaxtın Nizami rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 00:12-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə