Bakı-Qazax yolunda ağır qəza baş verdi, 1 nəfər yaralandı

Bakı-Qazax yolunda ağır qəza baş verdi, 1 nəfər yaralandı

Bakı-Qazax magistral avtomobil yolunda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib. APA-nın qərb bürosunun məlumatına görə, yolun 398-ci kilometrliyində, Şəmkir rayonunun Muxtariyyə kəndi ərazisində BMW markalı minik avtomobillə "İsuzu" markalı yük maşını toqquşub.

Qəza zamanı BMW-nin sürücüsü, 1983-cü il təvəllüdlü Düz Qışlaq kənd sakini Sənan Tağıev müxtəlif bədən xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə