Bıçaqlanma faktının üstü açılıb

Bıçaqlanma faktının üstü açılıb

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib. Cinayət rayonun Dağ İrmaşlı kəndində qeydə alınıb. Toy məclisində Vüsal Əsgərovla yaşıdı Əvəz Qarayev arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Vüsal Əsgərovun döş nahiyəsindən bıçaq yarası aldığı məlum olub. Keçirilən əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən Əvəz Qarayev tutularaq istintaqa təhvil verilib.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə