Bakıda 3 otaqlı ev yanıb

Dünən Bakıda evdə yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına iatinadən verdiyi məlumata görə, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 km² olan birmərtəbəli, 3 otaqlı evin 2 otağı 100 m² sahədə və evə bitişik ümumi sahəsi 30 m² olan talvar yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə