Gürcüstanda qatar yanıb

Dünən Gürcüstanda Kutaisidən Batumiyə gedən elektrik qatarında yanğın baş verib. "Gürcüstan Dəmir Yolları" QSC-nin xəbərində deyilir ki, dekabrın 18-də günorta saatlarında Kutaisidən Batumiyə gedən 682 nömrəli elektrik qatarında yanğın olub. Hadisə Xedcaliya kəndi ərazisində baş verib. Qatarın vaqonlarından biri alovlanıb. Qatar heyətinin və yaxınlıqda olan kənd əhalisinin vaxtında müdaxiləsi nəticəsində sərnişinlər təxliyə olunub, alov söndürülüb. Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb. Görülmüş operativ tədbirlər nəticəsində dəmir yolunda qatarların hərəkəti bərpa olunub.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə