Bakıda yanğın 15 nəfər təxliyə olunub

Bakıda yanğın 15 nəfər təxliyə olunub

Bakı şəhər, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində 8 ədəd elektrik sayğacı yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı yuxarı mərtəbələrdən 15 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 11:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə