Bakıda yanğın
Bu gecə Bakı şəhəri, Yasamal rayonunda "ANT MMC" tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin girişində quraşdırılmış elektrik lövhəsində 10 ədəd elektrik sayğacı və 6 p.m kabel yanıb. Sİ̇A-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, digər elektrik lövhəsində 15 ədəd sayğac yanğından mühafizə olunub. Yanğın saat 05:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə