İtkin düşən neftçiləri 6 gəmi və 3 helikopter axtarır RƏSMİ

İtkin düşən neftçiləri 6 gəmi və 3 helikopter axtarır RƏSMİ

"Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın bir hissəsini dənizə uçurması nəticəsində itkin düşən neftçilərin axtarışı davam edir. "Azneft" İB-də yaradılan qərargahdan SİA-ya verilən məlumata görə, hazırda axtarış işlərini 6 gəmi və 3 helikopter davam etdirir.

Qərargahdan bildirilib ki, küləyin güclü olması gəmilərin axtarışına müəyyən maneələr törədə bilir: "Bu səbəbdən də axtarışa helikopterlər cəlb edilib. Küləyin daha da sürətlənməsi gözlənilir".

Xatırladaq ki, hadisə nəticəsində 10 neftçi itki düşmüşdü. Onlardan yalnız birinin 1958-ci il təvəllüdlü, Bakı şəhəri, Ələt qəsəbəsinin sakini İlham Qafarovun meyiti tapılıb. Digər 9 nəfərin axtarışları ilə bağlı hələlik nəticə yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə