Gəncədə 2 avtomobil toqquşdu, xəsarət alan var

Gəncədə 2 avtomobil toqquşdu, xəsarət alan var

Dünən Gəncə şəhərində 2 avtomobil toqquşub. Report-un məlumatına görə, hadisə Gəncə-Şəmkir avtomobil yolunun 1-ci kilometrliyində, Gəncə şəhəri ərazisində baş verib. Gəncə şəhər sakini, 1965-ci il təvəllüdlü Ramiz Əbdürəhmanovun idarə etdiyi VAZ-2109 markalı avtomaşın VAZ-2107 markalı avtomaşınla toqquşub. Nəticədə VAZ-2107 markalı avtomaşının sürücüsü, şəhər sakini, 1994-cü il təvəllüdlü Röyal Məmmədli müxtəlif bədən xəsarətləri alıb.

Yaralı hadisə yerinə gələn təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Ona həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib, vəziyyəti normaldır.

Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə