Kanada həbsxanasında qiyam - Ölən və yaralananlar var

Kanada həbsxanasında qiyam - Ölən və yaralananlar var

Kanadanın Saskatçevan əyalətinin Prince Albert şəhərindədəki həbsxanada qiyam olub. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 məhkum dünyasını dəyişib, 8-i isə yaralanıb. Məlumata görə, 3 məhkum arasında düşən mübahisə zamanı 43 yaşlı Ceyson Bird aldığı bıçaq yarasından ölüb, digər ikisi isə yaralanıb. Daha sonra 185 məhkumun olduğu həbsxanada qiyam başlayıb.

Gözətçilərin qiyamı yatırmaq üçün açdıqları atəş zamanı daha 6 məhkum yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdıma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə