"Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması nəticəsində itkin düşmüş neftçilərin axtarışı "Səngəçal", "Xərə-Zirə", "Duvannı", "Ələt-Dəniz" yataqlarını əhatə edən ərazidə davam etdirilir". SİA-nın xəbərinə görə, bu barədə "Azneft" İB-nin baş mühəndisi Balamirzə Ağarəhimov hadisə ilə bağlı keçirilən brinfinqdə məlumat verib.
Axtarışlar nəticəsində ilk meyitin "Ələt-41" ərazisində tapıldığnı qeyd edən baş mühəndis söyləyib ki, həmin əraziyə əlavə gəmilər cəlb edilib: Hazırda "Avior" gəmisi hadisə yerindədir, amma hava şəraiti ilə əlaqədar axtarışlara başlamaq mümkün deyil. Hava şəraiti imkan verən kimi, dalğıclar axtarış işlərinə başlayacaq".
B. Ağarəhimov həmçinin qeyd edib ki, qəza Neft Yığəm Məntəqəsində baş vermədiyi üçün neft və qaz hasilatına heç bir təsir göstərməyib.
Neftçilərin istirahəti üçün tikilən budkanın keyfiyyətsiz olması haqda deyilənlərə aydınlıq gətirən baş mühəndis vurğulayıb ki, külək yaşayış yerini dənizə atmayıb, qəza platformanın uçması nəticəsində baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB