Şəhər sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub

Şəhər sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub

Dekabrın 14-də Şəmkir şəhəri ərazisində şəhər sakini Rəhim Ağayev münaqişə zəminində həmyerlisi Süleyman Quliyevə bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən S.Quliyev dekabrın 15-də xəstəxanada ölüb.

Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Ağayev tutulub. SİA-nın məlumatına görə bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verib.

Bütün xəbərlər Facebook səhifəmizdə