Xəzər dənizində "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş vermiş qəza nəticəsində itkin düşənlərin axtarışlarına başlanılıb.Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nazirliyin "Vixr-5" və "Vixr-8" gəmiləri artıq hadisə yerindədir, axtarışlar aparılır.
Qeyd edək ki, bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB