Bu gün N. Nərimanov adına NQÇİ-də baş vermiş hadisə ilə əlaqədar "Azneft" İstehsalat Birliyində (Bakı şəhəri, Neftçilər Prospekti 73) qərargah yaradılıb. Bu barədə SİA-ya SOCAR-dan məlumat verilib.
Qərargahın əlaqə telefonları:
+994 50 841 10 62
+994 50 841 12 09
Hadisə ilə əlaqədar 15 dekabr saat 15:00-da qərargahda jurnalistlər üçün açıqlama veriləcək.
Qeyd edək ki, bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.
İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB