Aptekdən oğurluq edən şəxs saxlanıldı

Aptekdən oğurluq edən şəxs saxlanıldı

Bakının Nəsimi rayonu Ceyhun Səlimov 7 ünvanında yerləşən aptekdən oğurluq etmək istəyən şəxs saxlanılıb. 18 yaşlı Surac Bəkirovun üzərindən dəmir barmaqlıqları qırmaq üçün istifadə etdiyi alətlər, eləcə də kassadan oğurladığı 1100 manat pul maddi sübut kimi götürülüb. Məlum olub ki, Surac Bəkirov həmin gecə rayon ərazisində yerləşən daha bir aptekdən də oğurluğa cəhd edib. Hər iki faktla bağlı başlanan araşdırmalar və müvafiq əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə