Tovuzda zəhərlənmə faktı qeydə alınıb

Tovuzda zəhərlənmə faktı qeydə alınıb

Tovuz rayonunda zəhərlənmə faktı qeydə alınıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Əlibəyli kənd sakini, 1994-cü il təvəllüdlü Quliyev Eldəniz Vəli oğlu benzindən zəhərlənmə əlaməti ilə Tovuz Mərkəzi Rayon Xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, E. Quliyev iş görən zaman benzindən zəhərlənib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə