Masallıda 29 yaşlı qadın oteldə öldürüldü

Masallıda 29 yaşlı qadın oteldə öldürüldü

Masallıda 29 yaşlı qadın oteldə qətlə yetirilib. ARB TV xəbər verir ki, Salyan sakini Hüseynova Röya ürək nahiyəsindən 1 bıçaq zərbəsi alıb. Yaralı, Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib. Meyit Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Mərkəzinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Röya Hüseynovanın keçmiş həyat yoldaşı Masallı sakini 41 yaşlı İbrahim Muradov tərəfindən qısqanclıq zəmnində qətlə yetirildiyi məlum olub. Faktla bağlı cinayət işi açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə