Sumqayıtda və İsmayıllıda yanğın olub

Sumqayıtda və İsmayıllıda yanğın olub

Bu gün Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 35 m2 olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 12 m2 sahədə yanıb. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

İsmayıllı rayonu, Aşıq Bayram kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 315 m2 olan kürsülü, birmərtəbəli, 4 otaqlı evin mətbəxinin lambirdən ibarət tavanı 3 m2 və 1 otağın tavanı 2 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunıb. Yanğın saat 14:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə