Binəqədidə üçotaqlı ev yanıb

Binəqədidə üçotaqlı ev yanıb

Bakıda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında yerləşdirilən xəbərə görə, Bakının Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının dəhlizinin yanar konstruksiyaları 43 m2 sahədə, mətbəxin lambirindən ibarət tavanı 9 m2 sahədə və dam örtüyünün yanar konstruksiyaları 50 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın dünən axşam saat 21:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə