Daşkəsəndə yanğın hadisəsi olub

Daşkəsəndə yanğın hadisəsi olub

Daşkəsəndə yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında yerləşdirilən məlumata görə, yanğın rayonun Xoşbulaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 260 m2 olan ikimərtəbəli taxta konstruksiyalardan ibarət kafedə baş verib. Nəticədə, kafenin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 130 m2 sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə