Sabunçuda 2 otaqlı ev yanıb

Bakıda daha bir yanğın hadisəsi baş verib. FHN-in saytında yerləşdirilən məlumata görə, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 160 m2 olan birmərtəbəli 2 otaqlı evin dam örtüyü 50 m2 sahədə və mətbəxdə olan stol-stul yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə