Bakı-Qazax yolunda qəza: Ölən və xəsarət alan var

Bakı-Qazax yolunda qəza: Ölən və xəsarət alan var

Bakı-Qazax avtomobil magistralının Goranboy rayonunun Borsunlu kəndindən keçən hissəsində baş verən qəzada ölən və xəsarət alanların şəxsiyyəti məlum olub. APA-nın Qərb bürosunun məlumatına görə, qəza nəticəsində "VAZ 21011" markalı minik avtomobilinin sürücüsü, Goranboyun Kələk kənd sakini, 1952-ci il təvəllüdlü Məmmədov Nəsrəddin Əli oğlu ölüb. Minik avtomobilinin sərnişini, 1969-cu il təvəllüdlü Goranboy rayon Borsunlu kənd sakini Həsənov Habil Cəmşid oğlu isə xəsarət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə