Gəncədə 27 yaşlı qadın öz mənzilində qətlə yetirilib

Gəncədə 27 yaşlı qadın öz mənzilində qətlə yetirilib

Gəncədə dünən qətl hadisəsi törədilib. APA-nın verdiyi məlumata görə, hadisə şəhərin Adil xan Ziyadxanov küçəsində yerləşən 8 mərtəbəli binanın 7-ci mərtəbəsində olan mənzildə qeydə alınıb. Mənzildə yaşayan 1989-cu il təvəllüdlü Səadət Verdiyeva boğaz nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib. Qadının kim tərəfindən öldürülməsi hələ ki, məlum deyil. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə