Samux rayonun Sarıqamış kəndində yanğın hadisəsi baş verib. Ümumu sahəsi 300 kvadrat metr talvarın 80 kvadrat metri, ümumi sahəsi 120 kv/metr tövlənin dam örtüyü tamamilə yanıb. SİA-nın bölgə müxbirinin Samux Rayon Yanğından Mühafizə Xidmətindən aldığı məlumata görə, 30 ton ot tayası da yanıb külə dönüb. Güclü yanğının təsirindən yaxınlıqdakı evin eyvanının tavanı da əriyib.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB