Corabında və çantasında narkotik vasitələr aşkar edildi

Corabında və çantasında narkotik vasitələr aşkar edildi

Astara Gömrük İdarəsinin əməkdaşları İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama zamanı ondan narkotik vasitələr aşkar ediblər.

SİA-nın məlumatına görə, öncə vətəndaşın corabında bir ədəd bükümdə xalis çəkisi 17,675 qram olan heroin, sonra isə çantasının cibində 3 ədəd həb şəklində "Metadone" adlı dərman preparatı aşkar edilib.

Xatırladaq ki, metadon adlı həb "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və aşkar olunan 3 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə