Masallıda evə girən oğrular bir şey tapmayıb, evdəki əşyaları yandırıblar.Qonşuların sözlərinə görə, artıq 3 aydır evlərdə oğurluq hadisələri çoxalıb.
Masallıda bir evi ikinci dəfə yaran oğrular, yanğın da törədiblər. Hadisəsi rayonun Qodman kəndində qeydə alınıb. Axşam saatlarında Səxavət Şiriyevə məxsus ev alışıb yanıb. Ev sahibi toyda olduğundan haraya qonşular gəlib. Ailə üzvləri deyirki, evə girənlər hər şeyi dağıdıblar və bir şey tapmayıb yandırıb çıxıblar.
Hadisə yerinə iki maşınla gələn yanğınsöndürənlərin səyi ilə yanğın söndürülüb. Qonşuların sözlərinə görə 3 aydır kənddə evlərdən oğurluq halları çoxalıb. Təkcə bu Səxavət Şiriyevin evindən son 3 ayda edilən ikinci oğurluqdur.
Hadisə ilə baglı Rayon polis şçbəsinə məlumat verilib.Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB