Hələbdə rusiyalı hərbi həkim öldürüldü

Hələbdə rusiyalı hərbi həkim öldürüldü

Suriyanın Hələb şəhərindəki Rusiyaya məxsus mobil hospitalın atəşə tutulması nəticəsində bir rusiyalı hərbi həkim həlak olub, iki nəfər ağır yaralanıb. SİA-nın RİA Novostiyə istinadən məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib. Onun sözlərinə görə, hadisə nəticəsində yerli əhali arasına da zərəçəkən olub. İ.Konaşenko hospitalın müxalifət döyüşçüləri tərəfinədn artilleriya atəşinə tutuluğunu açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə